• Toyuqla qat-qat delikates resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 13 844

Tarix : 27-03-2017, 22:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri / Foto reseptlər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 4-6

Tərkibi:
500 q toyuq filesi
2 yerkökü
1 baş soğan
2-3 kartof
bitki yağı
1 yumurta
küncüt
duz
istiot
göyərti

Hazırlanması:
Toyuq filesini çox iti bıçaqla napnazik enli şəridlərə doğrayın. Duz-istiot vurun.

Soğanı xırda kubik, yerkökü və kartofu isə nazik fal-fal doğrayın.

Yerkökünü soğanla qızılı rəng alanadək bitki yağında qovurun.

Kartof dilimlərini isə quru tavada qızılı rəng alanadək qovurun.

Göyərtini xırda doğrayın. Yumurtanı çalın.

Tavanı bitki yağı ilə yağlayın. Bir qat toyuq əti döşəyib üzərinə yumurta çəkin. Kartof + yerkökü ilə soğan + göyərti döşəyin. Ərzaq bitənə qədər ətlə tərəvəzi bu qayda ilə lay-lay döşəyin. Kənarlarını içəri yığışdırmaq lazım deyil. Hər toyuq layına yumurta çəkməyi unutmayın.

Üst qatda toyuq əti olmalıdır. Onun da üzərinə yumurta çəkib küncüt səpin.

Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 30-40 dəqiqə bişirin. Sonra temperaturu 220 dərəcəyədək artırıb daha 10 dəqiqə bişirin.

Toyuqla qat-qat delikates resepti - FOTO RESEPT

Nuş olsun!
Etiketlər: yumurta, toyuq, doğrayın, bitki, yerkökü, Kartof, qovurun, xırda, qızılı, alanadək, bişirin, dəqiqə, üzərinə, döşəyin, soğan, istiot, küncüt, göyərti, Kənarlarını, qayda
BİZİ İZLƏYİN