• Piti resepti

Reseptin məlumatları Baxış sayı: 19 635

Tarix : 5-04-2017, 16:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri

Mətbəx : Şəki mətbəxi

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 4-6

Şef / Mənbə : Xatirə


Tərkibi:
adambaşına 150 q qoyun əti
20 q iri noxud
yarım baş soğan
150 q kartof
20 q təzə alça və ya 10 q alça qurusu
0.1 zəfəran
duz/istiot

Hazırlanması:
Pitinin hər payı ayrıca piti qabında bişirilir. O saxsıdan hazırlanır və tutumu 0.8 l olur.

Piti üçün qoyun cəmdəyinin döş, boyun, bud yaxud kürək hissəsindən təqribən 55-80 q-lıq sümüksüz 2-3 tikə ət götürülür. Qabaqcadan bir qədər noxud arıtlanıb (qara dənələr olmamalıdır) 4-5 saat soyuq suda isladılır. Ət və noxud piti qabına qoyulub üzərinə yarım l soyuq su əlavə edilir. Sonra qab zəif od üzərinə qoyulub aramla bişirilir, üzərinə çıxan kəfi yığılır. Bulyon qaynadıqdan sonra içinə xırda xırda doğranmış baş soğan salınır. Bir qədər sonra kartof (adətən bütöv şəkildə), yuyulmuş alça qurusu və duz qatılır. Xörəyin hazır olmasına biraz qalmış ədviyat vurulur. Sonra 0.1 q zəfəran 1 stəkan suda ayrıca çay kimi dəmlənir və hər iki pay pitiyə bir xörək qaşığı qatılır və hazır oluncayadək qaynadılır. Pitinin bulyonunun rəngi şəffaf, azacıq sarımtıl və ətirli olmalıdır.

Piti bir qayda olaraq, bişirildiyi qabda süfrəyə verilir və yanına dərin boşqab və ya kasa qoyulur. Süfrəyə ayrıca doğranmış soğan və sumaq da verilir.

QEYD:Yay vaxtı və mövsümə görə pitiyə şabalıd, heyva və pomidor (50 q) qatılır. Belə hallarda alça qurusu və zəfəran qatılmır.

Nuş olsun!
Etiketlər: qatılır, ayrıca, üzərinə, qurusu, zəfəran, soğan, noxud, verilir, qoyulub, soyuq, Sonra, sonra, pitiyə, xırda, hazır, qədər, doğranmış, Pitinin, yarım, kartof
BİZİ İZLƏYİN