• Basdırma kabab resepti

Reseptin məlumatları Baxış sayı: 11 577

Tarix : 30-12-2017, 19:30

Bölmə : Quru yeməklər / Kabablar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Xatirə


Tərkibi:
adambaşına 300 q mal əti(can əti)
1 baş soğan (yarısı basdırma üçün)
15 q nar və yaxud 10 q üzüm sirkəsi
5 q kərə yağı
10 q cəfəri
duz/istiot

Hazırlanması:
Basdırma kabab üçün ət təxminən 35-40 q-lıq tikələrə doğranır və sonra emallı qaba qoyulub üçünə doğranmış soğan, duz, döyülmüş istiot, üzüm sirkəsi yaxudda nar qatılaraq hamısı birlikdə qarışdırılır, 3-4 saat ərzində soyuq yerdə saxlanılır.

Sonra ət tikələri şişə taxılır və soğandan təmizlənərək közərmiş kömür üzərində bişirilir. Kababın tamı daha dadlı olsun deyə onu bişirməzdən əvvəl kərə yağına salıb çixarmaq məsləhət görülür.

Kabab bişirilib süfrəyə veriləndə yanına soğan, limon, şişdə bişmiş pomidor, sumaq, döyülmüş istiot və duz qoyulur.

Nuş olsun!
Etiketlər: istiot, soğan, sirkəsi, döyülmüş, olsun, bişirməzdən, yağına, salıb, dadlı, əvvəl, bişirilir, közərmiş, təmizlənərək, kömür, üzərində, çixarmaq, Kababın, görülür, bişmiş, şişdə
BİZİ İZLƏYİN