• İçi doldurulmuş toyuq budu resepti

Reseptin məlumatları Baxış sayı: 4 186

Tarix : 8-04-2017, 21:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4

Şef / Mənbə : Xatirə


Tərkibi:
4 porsiya üçün – 4 ədəd toyuq budu
2 ədəd baş soğan
2 yumurta
70-80 qr qoz
duz
bibər
( istəyə görə göyərti, göbələk, sarımsaq- zövqə görə)
alça ya zoğal turşusu

Hazırlanması:
Bu reseptdə ən çətini dərini ətdən ayırmaq hissesidir. Dərini zədələmədən ətdən ayırmaq lazımdır. Çünki sonra hazırlayacağımız farşı içinə doldurmalıyıq. Bıçaq istifadə etmədən ayırmaq məsləhətdir. Belə etsəniz əksər hallarda dəri heç bir yerdən cırılmır. Qayçı ve bıçaqla eyni uğurlu neticə alınmır. Dərini ayırıb duzlayıb qoyuruq kenara.

Əti sümükdən ayırırıq, xırda-xırda doğrayıb ət çəkən maşından ya da blenderlə farş halına gətirib, sonra ətə soğan, yumurta, zövqə görə göbələk, sarımsaq, göyərti, bir çay qaşığı turşu, holland pendiri qatib yoğurun. Bu yemeye adətən sadəcə göyərti, ət, turşu ve soğan qatılır. Amma yuxarıda sadaladığımız ərzaqlarla da dadlı alınır. Sadəcə proporsiyalara fikir verin. Məsələn 4 ədəd budun ətine 70-80 qram göbələk kifayətdir. Göbələyin tamı başqa tamları öldürməsin. Holland pendiri ilə də ehtiyyatlı olun. Çox istifadə eləsəniz yeməyin teksturası dəyişəcək.

Farş hazır olandan sonra onu dəriyə doldurmağa başlayırıq. Kənarlarını diş çöpü kimi istifadə edilən taxta çöplərlə bağlayırıq, üzərinə xama və ya turşu sürtüb 200 dərəcədə əvvəlcədən qızdırılmış sobada 30 dəq bişiririk, sonra budları çevirib və qaba çıxmışsuyu qaşıqla budların üzərinə əlavə edirik, yenidən 20 dəq bişiririk.

Bu yeməyə qarnir kimi kartof qızartması vəya pure, qreçka, düyü bir sözlə hər şey istifadə oluna bilər.

Nuş olsun!
Etiketlər: istifadə, sonra, göyərti, turşu, ayırmaq, göbələk, soğan, Dərini, bişiririk, üzərinə, xırda, ətdən, pendiri, sarımsaq, zövqə, yumurta, yeməyin, ehtiyyatlı, eləsəniz, teksturası
BİZİ İZLƏYİN