• Ətli piroq resepti

Reseptin məlumatları Baxış sayı: 7 888

Tarix : 9-04-2017, 14:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Duzlu xəmir işləri / Qəlyanaltılar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : 4-6

Şef / Mənbə : Xatirə


Tərkibi:
un-200 q
kərə yağı-80 q
2 ədəd orta boylu kartof
qiymə (çəkilmiş ət)-500 q
pomidor-300 q
bərk pendir(növləri var parmezan da ola bilər, holland da ola bilər)-70 q
1 ədəd soğan
duz/istiot

Hazırlanması:
Kartofları soyub qaynadırıq, tam əzilənə qədər sonra üzərinə yağ əlavə edib pure formasına gətiririk. Biraz soyuyan kimi üzərinə un və duz əlavə edib yumşaq xəmir yoğururuq. Yoğurduğumuz pureli xəmiri taxtanın üzərinə un səpib orada yaxşıca kündələyirik və üzərini örtüb biz əti hazırlayana qədər dincəlməyə qoyuruq.

Tavaya yağ əlavə edib doğranmış soğanı qızardırıq, soğan biraz qızarana yaxın çəkilmiş əti əlavə edib qarışdırırıq, üzərinə duz istiot da əlavə edib bişiririk.

Ətimiz də hazır olandan sonra kündəmizi 2-3 mm qalınlığında yayıb soba qabın yağlayıb ora səririk (şüşə soba qabı olsa daha yaxşı olar). Xəmirin qıraqlarını üzü yuxarı formada çəngəllə soba qabının divarlarına yapışdırırıq, bişirdiyimiz qiyməni səliqəylə ora əlavə edib üzərinə dogranmış pomidor və onun da üzərinə sürtgəcdən keçirdiyimiz pendiri səpirik.

Əvvəlcədən qızdırılmış sobada 40 dəq 180 dərəcədə bişiririk.

Nuş olsun!
Etiketlər: üzərinə, əlavə, qədər, bilər, soğan, sonra, bişiririk, çəkilmiş, pomidor, istiot, qabın, səririk, qıraqlarını, Xəmirin, yaxşı, yağlayıb, olandan, qarışdırırıq, yaxın, qızarana
BİZİ İZLƏYİN