• Albuxarılı lülə-kababı resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 18 769

Tarix : 14-08-2014, 07:00

Bölmə : Quru yeməklər / Kabablar / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
albuxarı (qara gavalı, dənəsiz)
700 q mal qiyməsi
300 q toyuq qiyməsi
1 baş soğan
1 yumurta
duz, istiot, ədviyyat - zövqə görə
200 q qat-qat xəmir

Hazırlanması:
Şişlərin hərəsinə 1 lüləyə 1 qara gavalı hesabı ilə albuxarıları taxın. Əgər şiş taxtadandırsa, gavalıları əvvəlcədən suda 30 dəqiqə saxlayın.
Albuxarılı lülə-kababı resepti - FOTO RESEPT


Mal, toyuq ətləri, soğandan qiymə hazırlayın, duz, istiot, ədviyyat əlavə edin, şişdəki albuxarıların üzərini örtməklə lülə hazırlayın.
Albuxarılı lülə-kababı resepti - FOTO RESEPT


Yağlı qat-qat xəmiri 1 mm qalınlıqda yayın. Sonra nazik şəridlərə bölün. Şişin ucundan başlayaraq lülələrin üzərinə dolayın.
Albuxarılı lülə-kababı resepti - FOTO RESEPT


Siniyə bir az su və bitki yağı tökün. Hazır lülələri siniyə düzün. 180 dərəcə qızdırılmış sobada qızaranadək bişirin.

Nuş olsun!

Albuxarılı lülə-kababı resepti - FOTO RESEPT

Etiketlər: toyuq, ədviyyat, hazırlayın, qiyməsi, istiot, gavalı, ucundan, Şişin, başlayaraq, üzərinə, lülələrin, bölün, qalınlıqda, Sonra, nazik, dolayın, şəridlərə, yayın, Hazır, sobada
BİZİ İZLƏYİN