• Ciyərdən paştet rulet resepti

Reseptin məlumatları Baxış sayı: 4 578

Tarix : 15-04-2017, 12:00

Bölmə : Quru yeməklər / Qəlyanaltılar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 6-8

Şef / Mənbə : Husniyya


Tərkibi:
400-500 qr ciyər
2 yumurta
100 qr kərə yağı(içlik üçün)
50 qr yağ (qızartmaq üçün)
1 baş soğan
Duz,istiot,rozmarin

Hazırlanması:
Təmizlənmiş ciyər və doğranmış soğanı tavada yağ və ədviyyatlarla qızardıb blenderdən keçirib pasta halına gətiririk. Içlik üçün yumurtaları qaynadıb yağla birgə blenderdən keçirib onu da pasta halına gətiririk. Streçfilm ( yaxud yağlı kağız) sərib , ciyərli qarışımı düzbucaqlı formada yayırıq və içliyi səliqəylə üstünə çəkirik və rulet kimi büküb ,bir neçə saat soyuducuda saxlayıb süfrəyə verin . Mən mayonez və xırda doğradığım bibərlərlə dekor etdim ,istəyə görə qara zeytunla da bəzəmək olar.

Nuş olsun!
Etiketlər: pasta, halına, gətiririk, ciyər, keçirib, blenderdən, üstünə, çəkirik, rulet, bükübbir, səliqəylə, içliyi, düzbucaqlı, formada, bəzəmək, yayırıq, zeytunla, etdimistəyə, süfrəyə, verin
BİZİ İZLƏYİN