• Lazanya resepti

Reseptin məlumatları Baxış sayı: 33 236

Tarix : 19-04-2017, 14:00

Bölmə : Quru yeməklər / Qəlyanaltılar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : ZulyaKitchen


Tərkibi:
• Yarım paket lazanya (Barilla firması)
• 300 qr qıyma
• 2 ədət soğan
• 2 ədət pomidor
• 2 yemək q. tamat
• 3 yemek q. duru yağ
• 2 diş sarımsaq (istəyə görə)

Beşamel sous üçün:
• 2 yemək qaşığı kərə yağı
• 4 yemək q.un
• 2 su st. süd

Üzeri üçün:
• Sürtgəçdən keçirilmiş Holland pendiri.

Hazırlanması:
İlk öncə geniş bir tavaya duru yağ və doğranmış soğanları əlavə edib qovururuq.Daha sonra qıymanı əlavə edirik+duz +istiot.Et bişdikdən sonra üzərinə doğranmış pomidorları+ sarımsaq( istəyə görə) + miqdarına görə su + tamat sousu əlavə edib bişiririk.
Keçirik beşamel sousa- Kərəyağı və unu bir qazanda orta temperaturda qovururuq və üzərinə südü əlavə edib, bu zaman topa-topa olmamağı üçün davamlı qarışdırırıq orta dərəcəli odda qatılaşana qədər davamlı qarışdırırıq və qazın üzərindən götürürük.
Və keçirik növbəti mərhələyə- Qabımızı yağlayırıq lazanyalarımızı səliqəli şəkildə düzürük üzərinə besamel sousu töküb səliqəli şəkildə yayırıq və üstünə qıymamamızı tökürük. Prosesi yenidən təkrarlıyırıq son- ən üst qatda lazanyaların üzərinə beşamel sousu üstünə də holland pendiri əlavə edib sobaya qoymamışdan əvvəl 15 dəq kenarda saxlıyırıq ki lazanyalar yumuşalsın.
Sonra öncədən qızdırılmış 180 dərəcə sobada üzəri qızarana qədər 15-20 dəq bişiririk.
Qeyd: Qıymamız biraz souslu olduqda lazanyalar rahat şekildə yumuşalır, çalışın suyun tam qurutmayın.
Prosesdur biraz uzun çəksə də sonda əla lazanya yeməyi sizi gözləyir məncə sınamağa dəyər.

Nuş olsun!
Etiketlər: əlavə, üzərinə, yemək, sousu, qarışdırırıq, davamlı, qədər, sonra, doğranmış, biraz, lazanyalar, pendiri, istəyə, şəkildə, üstünə, lazanya, beşamel, səliqəli, bişiririk, sarımsaq
BİZİ İZLƏYİN