• Toyuqlu bükmə resepti

Reseptin məlumatları Baxış sayı: 4 841

Tarix : 18-04-2017, 12:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : ZulyaKitchen


Tərkibi:
Iki paket lavaş (balaca yumru forma olanlar)
Toyuq döş əti
Iki pomidor
Yaşıl, sarı, qırmızı bibər
Acı bibər
Holland pendiri
2 Yumurta+iki qaşıq duru yağ+bir çimdik sarıkök
1 paket suxari
Duz,istiot

Hazırlanması:
Deməli birinci toyuğu doğrayaq qızğın yağda bişirək.Üzərinə bibərləri doğrayaq tavanın qapağın bağlayaq bibərlər yumuşaldıqda qabığı soyulmuş pomidoru çox iri olmamaq şərtilə qarışıma əlavə edək.Tavanın qapağın bağlayaq ) ara bir kontrol edək suyu çox qurumasın)toyuqlu sousumuz hazırıdı. (zövqə görə istədiyiniz ədviyyatı, göyərti də əlavə edə bilərsiz)
Kənarda Holland pendirini sürtgəçdən keçirməyi də unutmayın
Lavaşları götürürük merkezden aşağı hissəyə toyuqlu sousdan bir qaşıq qoyaq üzərinə holland pendiri əlavə edib lavaşlarımızı səliqəli şəkildə bükək.Daha sonra hər tərəfli Yumurta+iki qaşıq duru yağ+bir çimdik sarıkök qarışımına batıraq sonra isə suxariyə batırıb soba qabımıza düzək(bişirmə kağızı olsun ).180 dərəcədə alt üst qızarana qədər bişirək.

Nuş olsun!
Etiketlər: əlavə, qaşıq, qapağın, Yumurta, pendiri, sarıkök, sonra, bağlayaq, bişirək, doğrayaq, Holland, çimdik, bibər, toyuqlu, paket, hissəyə, pendirini, sousdan, sürtgəçdən, üzərinə
BİZİ İZLƏYİN