• Kartof kotleti resepti

Reseptin məlumatları Baxış sayı: 33 282

Tarix : 8-05-2017, 12:00

Bölmə : Quru yeməklər / Tərəvəz yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : ZulyaKitchen


Tərkibi:
8 ədəd orta ölçülü kartof
2 ədəd orta ölçülü soğan
2 ədəd yumurta
Suxari
Duz istiot,nanə qurusu
Arzu edilərsə kök

Hazırlanması:
İlk öncə kartof və soğanı (arzu edilərsə kökü də) ətçəkən maşından keçirdirik və qarışımı kenara qoyuruq ki, kartof suyun atsın.Sonra xırda ölçülü süzgəç və ya əlimizlə qarışımı sıxırıq ki suyun tamamilə atsın.Daha sonra yumurta duz istiot nane qurusu və 2-3 yemək qaşığı suxarı əlavə edib yaxşıca qarışdıraq. Yağlı tavada elimizlə suxarı vasitəsiylə kotlet forması veririk və tavada hər iki tərəfin qızardırıq.Xırt-Xırt sevənlə kotleti daha nazik edə bilər.

Nuş olsun!
Etiketlər: ölçülü, kartof, suxarı, suyun, tavada, edilərsə, atsın, qarışımı, yumurta, istiot, qurusu, əlavə, elimizlə, yaxşıca, bilər, vasitəsiylə, Yağlı, qarışdıraq, nazik, qızardırıq
BİZİ İZLƏYİN