• Ətli burma çörək resepti

Reseptin məlumatları Baxış sayı: 5 352

Tarix : 8-05-2017, 16:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : ZulyaKitchen


Tərkibi:
Xəmiri üçün:
• 1 su st. qatıq
• 1 su stəkanından 2 barmaq az duru yağ
• 1 su stəkanından 2 barmaq az əridilmiş kərəyağı və ya marqarin
• 1 paket qabartma tozu
• 1 çay q. duz
• 3.5 stəkan un

İçi üçün:
• Qovrulmuş qıyma+cəfəri+ arzuya görə zirinc və ya nar dənələri də əlavə edə bilərsiz.

Hazırlanması:
İlk öncə xəmirimizi hazırlayaq.Deməli un xaric yağ və qatığı bir qabda yaxşıca qarışdıraq. Sonra yavaş va yavaş unu (+ qabartma tozu) əlavə edək və xəmirimizi yoğuraq. Xəmirimizi 4 künc formada açaq mərkəzə qıymanı əlavə edəksonra hər iki kənar hissəni mərkəzdə birləşdirək və kənar ucları bağlıyaq tərs üzə çevirək. Yəni bu bildiyimiz rulet kimi bükülmür. Üzərinə yumurta sarısı sürtüb qaraçörəkotu+ ağçörəkotu səpirik. Əvvəlcədən qızdırılmış sobada 180-200 dərəcədə 30 dəq altı və üzəri qızaranadək bişiririk

Nuş olsun!
Etiketlər: əlavə, yavaş, xəmirimizi, kənar, qabartma, barmaq, stəkanından, rulet, bükülmür, edəksonra, bildiyimiz, Üzərinə, bağlıyaq, mərkəzdə, birləşdirək, ucları, hissəni, çevirək, sarısı, dərəcədə
BİZİ İZLƏYİN