• Qiyməli pide resepti

Reseptin məlumatları Baxış sayı: 54 675

Tarix : 26-04-2017, 16:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Duzlu xəmir işləri

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Nərmin


Tərkibi:
3 st un,
yarım st süd,
yarım st su,
1 ç.q. duz,
1 ç q. şəkər tozu,
1 ç.q. quru maya,
1 ədəd yumurtanın ağı (sarısı üzəri üçün)

İçlik üçün:
300 qr qiymə,
3 ədəd quru soğan (orta ölçüdə),
2 ədəd pomidor,
Duz,istiot

Hazırlanması:
Xəmir üçün qeyd olunmuş bütün ərzaqları bir qaba töküb, xəmir yoğururuq və gəlməsi üçün üzərini örtüb 1 və ya 1.5 saat gözləyirik. Bu vaxt ərzində içliyi hazırlaya bilərsiniz.

İç üçün xırda doğranmış soğanı yağda qovururuq,daha sonra qiyməni əlavə edib, qazanın qapağını bağlayırıq. Ət qovrulduqdan sonra qabığı soyulmuş və sürtgəzdən keçirilmiş pomidorları qazana əlavə edirik. Duz,istiot töküb 1-2 dəqiqə qovurduqdan sonra altını söndürürük.

Xəmir gəldikdən sonra 5 bərabər ölçüdə kündələr ayırırıq. Qayığa bənzər forma verib, ortasına hazırladığımız içlikdən qoyuruq. Kənarlarına yumurta sarısı çəkdikdən sonra soba qabına yerləşdiririk. 180 dərəcə qızdırılmış sobada kənarları qızarana kimi bişiririk.

Nuş olsun!
Etiketlər: sonra, ölçüdə, əlavə, Xəmir, yarım, töküb, istiot, sarısı, bərabər, söndürürük, gəldikdən, kündələr, Qayığa, ayırırıq, keçirilmiş, altını, qazana, edirik, bənzər, qovurduqdan
BİZİ İZLƏYİN