• Boxça resepti

Reseptin məlumatları Baxış sayı: 7 893

Tarix : 27-04-2017, 20:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Tərəvəz yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4

Şef / Mənbə : Anonim


Tərkibi:
2 st düyü,
3-4 ədəd badımcan,
300 qr can əti,
1 ədəd qırmızı bibər,
1 ədəd yaşıl bibər,
duz,istiot

Hazırlanması:
İlk öncə badımcanları uzun-uzun doğrayıb, qızardırıq. Daha sonra düyünü suda bişirib, dəmə qoyuruq. Can ətini xırda tikələr şəklində doğrayıb, bibərlərlə birlikdə qızardırıq. Forma vermək üçün kiçik ölçülü kasaya badımcanları düzüb, içinə düyü yerləşdiririk. Üzərini badımcanların kənarı ilə büküb, düz boşqabda kasanı tərs çeviririk. Üstünə bişirdiyimiz can ətindən yerləşdirib, zövqə görə bəzəyirik.

Beləliklə, ləziz dadlı və gözəl görünüşlü “boxça”-mız süfrəyə verilməyə hazırdır.

Nuş olsun!
Etiketlər: “boxça”, doğrayıb, badımcanları, qızardırıq, bibər, Üstünə, bişirdiyimiz, ətindən, çeviririk, yerləşdirib, boşqabda, büküb, badımcanların, zövqə, kənarı, kasanı, ləziz, süfrəyə, verilməyə, hazırdır
BİZİ İZLƏYİN