• Göbələkli makaron resepti

Reseptin məlumatları Baxış sayı: 9 814

Tarix : 27-04-2017, 22:00

Bölmə : Quru yeməklər / Makaron yeməkləri / Tərəvəz yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4

Şef / Mənbə : Zamina


Tərkibi:
250 qr makaron,
150 qr qaymaq,
200 qr göbələk,
2-3 x.q. zeytun yağı,
1 ədəd “Galina blanka” (göbələkli),
1-2 diş sarımsaq,
100 qr holland və ya parmezan pendiri

Hazırlanması:
Əvvəlcə bir qazana su və 1 ç.q. duz tökülüb qaynadılır. Sonra qaynadılmış suya makaron əlavə edilir və o bişənədək üzərinin sosu hazırlanır.

Qeyd. Makaronu paketinin üzərindəki bişirmə qaydalarına uyğun bişirin.

Sos üçün göbələyi xırda-xırda doğrayıb, zeytun yağında qızardırıq. “Galina blanka”-nı əzib, tavaya əlavə edirik. Üzərinə qaymağı da töküb, yaxşıca qarışdırırıq. Son olaraq sarımsağı xırda-xırda doğrayıb, tavaya əlavə edirik.

Makaron bişdikdikdən sonra suyunu süzüb, göbələkli qarışımla birlikdə qarışdırırıq. Üzərinə holland pendiri və ya parmezan rəndələyib, 5 dəqiqə vam odda qazda saxlayırıq. Beləliklə, göbələkli makaron yeməyimiz süfrəyə verilməyə hazırdır.

Nuş olsun!
Etiketlər: xırda, makaron, göbələkli, əlavə, doğrayıb, qarışdırırıq, Üzərinə, tavaya, pendiri, holland, zeytun, blanka”, parmezan, edirik, olaraq, sarımsağı, yaxşıca, töküb, qaymağı
BİZİ İZLƏYİN