• Lazanya resepti

Reseptin məlumatları Baxış sayı: 7 778

Tarix : 29-04-2017, 21:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Qəlyanaltılar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Nuranə


Tərkibi:
1 paket lazanya,
400 qr qiymə,
1 ədəd baş soğan,
2 ədəd pomidor,
duz,istiot

Beşamel sos:
2 x.q. kərə yağı,
2 x.q. un,
1.5 st süd,
duz

Üzəri üçün:
120 qr holland pendiri

Hazırlanması:
İlk öncə aldığımız lazanyanın bişirmək qaydasına diqqət yetiririk. Əgər əvvəlcədən bişirmə tələb edirsə, paketin üzərində göstərilən qaydada suda qaynadırıq. Daha sonra ayrı bir tavaya qiyməni töküb, ətin rəngi dəyişənə kimi az odda bişiririk. Soğan və pomidorları xırda-xırda doğrayıb, tavaya əlavə edirik və bişənə kimi arabir qarışdırırıq.

Beşamel sosu hazırlamaq üçün ayrı bir qabda yağ və unu töküb, üzərinə az-az su əlavə edərək qarışdırırıq. Diqqət etmək lazımdır ki, un tam həll olsun, topar şəklində qalmasın. Az odda qatılaşana kimi bişiririk.

Soba qabının dibini yağlayıb, ən alt qatdan lazanyaları düzürük. Üzərinə beşamel sosu töküb, qiymə əlavə edirik. Lazanyalar bitənə kimi bu prosesi davam etdiririk. Son olaraq ən üst qata sürtgəcdən keçirilmiş holland pendiri töküb, üzəri qızarana kimi sobada bişiririk.

Nuş olsun!
Etiketlər: töküb, bişiririk, əlavə, tavaya, xırda, qiymə, qarışdırırıq, pendiri, holland, edirik, Beşamel, qalmasın, topar, şəklində, qatılaşana, Diqqət, edərək, üzərinə, qabının, etmək
BİZİ İZLƏYİN