• Toyuq ruleti resepti

Reseptin məlumatları Baxış sayı: 6 050

Tarix : 30-04-2017, 17:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 2-4

Şef / Mənbə : Lalə


Tərkibi:
1 ədəd toyuq,
200 qr göbələk,
2-3 ədəd rəngli bibər,
2-3 x.q. yaşıl noxud konservi (“qarox”),
duz,istiot,sarıkök

Hazırlanması:
İlk öncə toyuğun dərisini çıxardıb, ətini sümükdən ayırırıq. Ət çəkən maşınından çəkib, duz, istiot, sarikök səpərək qarışdırırıq. Ruleti şəklini vermək üçün falqanı açıq arasına toyugun çıxartdığımız dərisini yayırıq. Üzərinə çəkilmiş toyuq ətini əlavə edərək üzərini mayonezləyirik. Daha sonra kənara yaxın tərəfdən uzun-uzun doğranmış bibərləri, göbələk və noxudu yerləşdirib, rulet kimi bükürük. Son olaraq üzərinə mayonez çəkib, falqa ilə bağlayırıq. Sobada 200 dərəcə istilikdə bişiririk. Bişənə yaxın üstünün falqasını açıb, təkrar sobaya qoyuruq ki qızarsın.

Nuş olsun!
Etiketlər: istiot, ətini, dərisini, yaxın, toyuq, çəkib, göbələk, yerləşdirib, olaraq, bükürük, rulet, noxudu, doğranmış, sonra, mayonezləyirik, kənara, tərəfdən, üzərinə, bibərləri, bağlayırıq
BİZİ İZLƏYİN