• Küftəli düyü resepti

Reseptin məlumatları Baxış sayı: 6 840

Tarix : 30-04-2017, 20:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Aş - Plov

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Nuur


Tərkibi:
3 st. düyü,
300 qr qiymə,
3 ədəd rəngli bibər,
3 ədəd kök,
3 ədəd soğan (orta ölçülü),
3-4 diş sarımsaq,
şüyüd,
1-2 ədəd pomidor

Hazırlanması:
Düyünü yuyub, üstünə duzlu su tökərək kənara qoyuruq.

*Qeyd. Düyünün tez bişməsi üçün mütləq əvvəlcədən islatmaq lazımdır.

Bir fincana zəfəran töküb, üzərinə qaynar su əlavə edirik. Fincanın üstünü nəlbəki ilə örtüb, dəmə qoyururq. Qazana su əlavə edib, qaynatdıqdan sonra isladılmış düyünü əlavə edib qarışdırırıq. Düyü yarı bişdikdən sonra aşsüzənlə suyunu süzürük. Qaza ərinmiş yağ və düyünü əlavə edib, az odda 30 dəqiqə bişiririk.

*Qeyd. Düyü bişirilən zaman istəyə bağlı zəfəran əlavə edilə bilər.

Bu müddət ərzində uzunsov dogranmış soğanı tavaya əlavə edib, yağda qovururuq. Daha sonra üzərinə sarıkök, süzgəcdən keçirilmiş kök, uzunsov doğranmış bibər, əzilmiş sarımsağ əlavə edib, qovururuq. Son olaraq pomidor əlavə edib, suyu çəkilənə kimi bişiririk.
Qiyməyə şüyüt, soğan, qara istiot, duz, sarıkök və yumurta vurub, balaca toplar düzəldirik tavada az odda bişirik.

Nuş olsun!
Etiketlər: əlavə, sonra, zəfəran, üzərinə, bişiririk, sarıkök, qovururuq, uzunsov, pomidor, düyünü, bibər, soğan, dogranmış, rəngli, soğanı, tavaya, qiymə, yağda, ərzində, müddət
BİZİ İZLƏYİN