• Mərcimək küftəsi resepti

Reseptin məlumatları Baxış sayı: 4 322

Tarix : 4-05-2017, 22:00

Bölmə : Quru yeməklər / Qəlyanaltılar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Nuranə


Tərkibi:
• 1 st. qırmızı mərci
• 3 st. su
• 1,5 st. narın bulqur
• 1/2 st duru yağ
• 1 baş soğan
• 1 y.q. tomat
• 1 dəstə yaşıl soğan
• yarım dəstə nanə,cəfəri
• duz,pulbibər

Hazırlanması:
•Mərci su ilə yumşayana qədər qaynadılır,azca sulu qalanda bulqur əlavə edilib ocaqdan qıraqda yarım saat bulqur yumşayana qədər qabın ağzı bağlı gözlədilir.Yağ,soğan,tomatla soğança hazırlanır.Bulqur yumşayandan sonra əl yandırmayacaq istiliyə gələndə soğança,xırda doğranmış göyərti,ədviyyatlar əlavə olunub yoğrulur və forma verilir.İsti vəya soyuq halda yeyilə bilər.

Nuş olsun!
Etiketlər: bulqur, soğan, qədər, əlavə, soğança, yarım, yumşayana, dəstə, gələndə, xırda, doğranmış, istiliyə, sonra, yumşayandan, bilər, göyərti, yandırmayacaq, yeyilə, yoğrulur, forma
BİZİ İZLƏYİN