• Tərəvəzli plov resepti

Reseptin məlumatları Baxış sayı: 8 677

Tarix : 5-05-2017, 21:00

Bölmə : Quru yeməklər / Aş - Plov / Tərəvəz yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Düyü – 2 st
Kök - 3 ədəd
Bolqar bibəri – 2 ədəd
Noxud (qorox) - 1 balaca qutu bonduel yaşıl noxudu
Zeytun yağı - 2 qaşıq
Su – 3 st
Zövqə görə duz

Hazırlanması:
Düyü isti suda islağa qoyulur. Kök bişirilir və kub formasından çox da böyük olmayan formada doğranılır. Bolqar bibəri yuyulur, tumu təmizlənir və o da kub formasında köklə eyni böyüklükdə doğranılır. Yaşıl noxudun suyu süzülür və ya evdə olan sarı noxuddan da 150 qram bişirib istifadə etmək olar. Zeytun yağını tavada qızdırdıqdan sonra islaqdakı düyü əlavə edilir tavaya və bir az qovrulur. Sonra kök, bibər, noxud əlavə edilir və onlar da bir az düyü ilə qovrulduqdan sonra suyu əlavə edirik, sonda isə zövqə görə duz qatılır. Suyu çəkilənə yaxın istəsəniz zövqə görə 1 qaşıq zəfəranı suda həll edib plova əlavə etmək olar. Tam suyu çəkiləndən və bişdiyinə əmin olduqdan sonra sobandan götürə bilərsiniz (təxminən 40 dəqiqəyə yaxın vaxtda hazır olur).

İstəsəniz plovunuzun yanında toyuğun döş ətindən bol soğanda hazırlanmış qara da servis edə bilərsiniz.

Nuş olsun!
Etiketlər: əlavə, sonra, yaxın, doğranılır, etmək, zövqə, qaşıq, Zeytun, edilir, Bolqar, bibəri, bilərsiniz, istəsəniz, çəkilənə, zəfəranı, qovrulduqdan, onlar, noxud, plova, edirik
BİZİ İZLƏYİN