• Balıq qovurma resepti

Reseptin məlumatları Baxış sayı: 3 474

Tarix : 10-05-2017, 16:00

Bölmə : Quru yeməklər / Balıq yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 4-6


Tərkibi:
Somon - 1kq
Soğan - 1ədəd
Sarımsaq - 5 diş
Göbələk - 1 kasa
Pomidor - 2 ədəd
Yaşıl bibər - 3 ədəd
Qırmızı bibər - 1 ədəd
Duz
Qara istiot
Zeytun yağı

Hazırlanması:
Somonu, soğanı, sarımsaqları və göbələkləri iri kub şəklində doğramaq lazımdır. Bir tavaya zeytun yağı əlavə edib somonu da tavaya qoyub pörtlədirsən. Rəngi dəyişincə duzunu və qara istiotunu əalvə et. Ayrı bir tavaya bitki yağı tök və soğanla sarımsağı pörtlət. Və onların üzərinə də göbələkləri əlavə et. Bibərləri yuyub, təmizləyib, kub-kub doğra. Pomidorları da kub şəklində doğramaq gərəklidir. Bibərləri göbələk olan tavaya əlavə edib, bir az pörtlətdikdən sonra pomidorları əlavə et. Duz və qara istiot da əlavə edirsən. İki ayrı tavada hər iki inqridentləri pörtlətdikdən sonra onları sobada əvvəlcədən isidilmiş keramik qaba əlavə et. Və 180 dərərcədə bişir.

Nuş olsun!
Etiketlər: əlavə, tavaya, doğramaq, sonra, göbələkləri, pörtlətdikdən, Bibərləri, istiot, şəklində, bibər, təmizləyib, doğra, Pomidorları, gərəklidir, yuyub, göbələk, onların, üzərinə, bişir, pörtlət
BİZİ İZLƏYİN