• Sobada hind toyuğu resepti

Reseptin məlumatları Baxış sayı: 6 569

Tarix : 10-05-2017, 20:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4


Tərkibi:
Hind toyuğunun budu və ya ayağı – 1 ədəd
Baş soğan – 1ədəd
Sarımsaq – 8-10 diş
Kartof - 3 ədəd
Kök – 1 ədəd
Su – ½ çay stəkanı
Zeytun yağı – 3-4 x.q.
Duz, qara istiot
Kəklikotu

Hazırlanması:
Əvvəlcədən sobanı 200 dərəcədə isitmək lazımdır. Soğanın qabığını soyub 4 yerə böl. Sarımsaqların da qabığını soyub bütov şəkildə saxla. Kartofları və kökü də qabıqlarını təmizlə, yu və iri kub şəklində doğra. Hind toyuğunu yu, üzərinə kiçik xətlər at və kəklikotuları üzərinə, yanlarına əlavə et. Zeytun yağı, duz və qara istioutu da ətin hər tərəflərinə çək. Soğan, sarımsaq, kök, kartof və kəklikotunu ətin üzərinə və yanlarına yay. Üzərinə də su əlavə et. Qabın ağzını da falqa kağızı ilə örtərək 30 dəqiqə bişməyə qoy. 30 dəqiqədən sonra sobanın dərəcəsini 180 dərəcəyə endir və 1 saat də bişməyə qoy. 1 saat tamam olandan sonra falqa kağızını açıb istilik dərəcəsini 160-a endir və üstü qızarana qədər yenə də 30 dəqiqə sobada qalsın. Beləliklə, 2 saata sobada, təndirdə bişən hind toyuğunun dadı verən hind toyuğun hazırdır.

Nuş olsun!
Etiketlər: üzərinə, bişməyə, dəqiqə, qabığını, soyub, dərəcəsini, sonra, endir, falqa, sobada, əlavə, toyuğunun, Zeytun, yanlarına, Qabın, Üzərinə, kəklikotunu, dəqiqədən, kağızı, sobanın
BİZİ İZLƏYİN