• Yeni ilə xüsusi hind toyuğu resepti

Reseptin məlumatları Baxış sayı: 6 721

Tarix : 7-05-2017, 21:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 4-6


Tərkibi:
Böyük ölçülü hind toyuğu – 1 ədəd 3 kq-lıq
Yarıya bölünmüş limon – 1 ədəd
Soyulmuş kiçik ölçülü soğan – 1 ədəd
Yumşaldılmış kərə yağı

Hazırlanması:
Əgər bayram süfrənizdə hind toyuğu olacaqsa onu mütləq 1 gün əvvəldən təmizləyib, yuyub və ədviyyatlayıb soyuducuya qoymaq lazımdır. Bu onu daha da dadlı edir. Hind toyuğunu bişirməmişdən 1 saat əvvəl toyuğu soyuducudan çıxarıb otaq istiliyində özünə gəlməsini gözləməlisiniz. Yarıya bölünmüş limonları və doğranmış soğanı təmizlənmiş hind toyuğunun içərisinə yerləşdirin. Sobanı 200 dərəcədə isidib bişirəcəyimiz menyunu seçirik. Sonra soba qabının içərisini də yağlayırıq, hind toyuğumuzu sinə hissəsi yuxarı şəkildə qoyulmaqla yerləşdiririk (mütləq sinə hissə üstdə qalmalıdır. Çünki yağ belə rahat yayılır və yaxşı bişir.). Bişməyə qoyuruq. Bişənə yaxın sobanın istilik dərəcəsini 170-ə endiririk. Sonra isə döş hissəni alta çevirib, yenidən qoyun bişsin. Bişməsinə 15 dəqiqə qalmış sinə ətinin tam bişib-bişmədiyini yoxlayın. 10 dədiqə sonra bir də yoxlayıb sobadan çıxarın. Üzərinə göyərti doğranmışı səpərək servis edə bilərsiniz.

Nuş olsun!
Etiketlər: toyuğu, Sonra, bölünmüş, mütləq, Yarıya, ölçülü, Bişənə, qoyuruq, Bişməyə, hissəni, yaxın, sobanın, dərəcəsini, istilik, bişir, endiririk, yayılır, hissə, yerləşdiririk, qoyulmaqla
BİZİ İZLƏYİN