• Ağ balıq və sufle resepti

Reseptin məlumatları Baxış sayı: 4 307

Tarix : 12-05-2017, 22:00

Bölmə : Quru yeməklər / Balıq yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4


Tərkibi:
Ağ balıq filesi – 100 qr.
Yaşıl qabaq (zukani) – 1/3 hissə
Yumurta ağı – 1 ədəd
Kəsmik – 1 x.q.
Süd – 2 x.q.
Ağ gül kələmi – 30 qr.
Ananas – 1 dilim
Tahin (küncüt yağı) – 1 x.q.
Alma sirkəsi – 1 x.q.
Ədviyyatlar
Paparik
Xardal
Çili
Duz (dəniz və ya çəhrayı himalay duzu)
Zövqə görə göyərti
İtaliyan otları qarışımı
Zövqə görə parmesan pendiri

Dekorativ bəzək üçün:
Nar şərab və ya zeytun ilə limon suyunun qarışımı

Hazırlanması:
Əvvəlcə 60 qram balığı xüsusi sousda marina edirik. Bunun üçün ananas, paprika, tahin, sirkə, xardal və çilini blenderdə əzib məhlul halına gətiririk. Ağ balığı bu sousda 30-40 dəqiqə marina edirik. Sonra marina edilmiş balığı 16-20 dəqiqə buxarda bişməyə qoyuruq. O bişərkən qabağın qabığını təmizləyib, kub şəklində doğrayıb, gül kələmlə 7 dəqiqə buxara veririk. Yumurtanın ağını bir çimdik duzla mikserdən yaxşıca keçirdirik. 40 qram çiy balıq və buxara verilmiş tərəvəzləri, südü,xamanı, italiyan otları qarışımını blenderdən keçirib, üzərinə də yumurtanı əlavə edirik. Hər tərəfə bərabər miqdarda yayılmaq şərtilə qarışdırırıq. Qarışımı formaya töküb, əvvəlcədən isidilimiş sobada 170-180 dərəcədə 20-25 dəqiqə bişiririk. O bişənə yaxın boşqabı nar şərab və zeytun yağlı qarışım ilə bəzəyirik.

Ağ balıq və sufleni boşqaba yerləşdiririk. Sufleni zövqə görə təzə göyərtilə bəzəyib, üzərinə pendir ovuntusu və limon əlavə edirik. Xırda dekorativ detallarla yeməyinizi bəzəyib süfrəyə verə bilərsiniz.

Nuş olsun!
Etiketlər: dəqiqə, edirik, balıq, balığı, marina, otları, əlavə, Zövqə, şərab, sousda, limon, zeytun, qarışımı, üzərinə, bəzəyib, buxara, yaxşıca, yayılmaq, şərtilə, mikserdən
BİZİ İZLƏYİN