• Pip yarpağından dolma resepti

Reseptin məlumatları Baxış sayı: 8 152

Tarix : 13-05-2017, 20:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Dolmalar

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 4-6


Tərkibi:
Qoyun əti – 500 qr
Düyü (yumru) – 50 qr
Baş soğan – 2 ədəd
Ərinmiş kərə yağı – 50 qr
Göyərti (keşniş, şüyüd, nanə)
Pip yarpağı
Qatıq
Duz, istiot, darçın

Hazırlanması:
Qoyun ətinin yumşaq hissəsi baş soğanla birlikdə ətçəkən maşından keçirilir. Qiyməyə düyü, xırda doğranmış göyərti, ərinmiş kərə yağı, nanə, bir çimdik darçın, duz və istiot əlavə edilib qarışdırılır. Hər yarpağa qiymə bükülüb qazana səliqə ilə yığılır. Üzərinə su əlavə edilir, bişməyə qoyulur. Pip yarpağı nazik olduğundan içərisinə ət az miqdarda qoyulur. Süfrəyə qatıqla birlikdə verilir.

Nuş olsun!
Etiketlər: istiot, darçın, qoyulur, əlavə, birlikdə, yarpağı, Qoyun, edilib, səliqə, yığılır, qarışdırılır, bükülüb, qazana, yarpağa, qiymə, bişməyə, Süfrəyə, qatıqla, verilir, miqdarda
BİZİ İZLƏYİN