• Vegetarian yeməyi - Lobio resepti

Reseptin məlumatları Baxış sayı: 6 256

Tarix : 14-05-2017, 14:00

Bölmə : Quru yeməklər / Tərəvəz yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Təzə lobya – 60 qram
Soğan – 20 qram
Pomidor və bolqar bibəri – 20 qram
Sarımsaq – 4 qram
Bitki yağı – 5 ml

Qarnir üçün:
Buxarda bişirilmiş düyü – 60 qram
Vermişel – 20 qram
Zeytun yağı – 5 ml
Duz – 1 qram
7 bibərin qarışığı – 1 qram

Hazırlanması:
Birinci qarniri hazırlayın. Zeytun yağında vermişeli qızardın. Sonra düyü, duz və bibər qarışımını əlavə edin. Bir az su əlavə edib qapağını bağlayın ki, öz buxarında bişsin. Sonra isə lobyanı yuyun və təmizləyin, doğrayın. Bir su dolu qaba əlavə edin və 3 dəqiqə qaynadın. Bir az buz əlavə edin ki, rəngi yerində qalsın. Pomidoru qaynar suya, daha sonra isə soyuq suya salın. Nəticədə qabığını soymaq asan olacaq. Qabığını soyduqdan sonra kub şəklində doğrayın. Soğanı isə doğrayın və qızılı rəng alana qədər bitki yağında qızardın. Ardından isə bişmiş lobyanı, pomidoru, dilimlənmiş bolqar bibərini, sarımsağı və ədviyyatları əlavə edin. 10 dəqiqə bişirin. Lobionu qarnirlə servis edin.

Qeyd edək ki, bu 1 nəfərlik porsiya üçündür.

Nuş olsun!
Etiketlər: əlavə, doğrayın, Zeytun, lobyanı, dəqiqə, yağında, Sonra, qızardın, sonra, bolqar, qızılı, şəklində, Soğanı, Qabığını, Nəticədə, salın, soyuq, qabığını, soymaq, alana
BİZİ İZLƏYİN