• Qozlu toyuq budu resepti

Reseptin məlumatları Baxış sayı: 4 629

Tarix : 14-05-2017, 16:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4


Tərkibi:
Toyuq – 2 ədəd
Qoz – 100 qram
Alça turşusu – 2 x.q.
Baş soğan – 2 ədəd
Kartof – 5-6 ədəd
Bitki yağı
Duz, istiot

Hazırlanması:
İçliyin hazırlanması:
Soğan xırda doğranılır, yağda qovrulur. Üzərinə üyüdülmüş qoz, alça turşusu, duz, istiot əlavə edilib qarışdırılır.

Toyuğun budu ayrılır. Dərini saxlamaqla budun əti sümükdən çıxarılır, döyülür, duz, istiot vurulub, üzərinə içlik qoyulur. Bud sümüyü baş hissəsi saxlanılmaqla sındırılıb çıxarılır. Toyuğun döş əti maşından keçirilir, duz, istiot əlavə edilib buda bükülür. Kotlet formasına salınıb, hər tərəfinə yağ çəkilir. Budları bişirəcəyiniz formaya folqa salınır, yağ çəkilir, toyuq budları və təmizlənmiş kartoflar düzülür. Yemək əvvəlcədən 240 dərəcəyədək qızdırılmış sobada 40 dəqiqə bişirilir.

Nuş olsun!
Etiketlər: istiot, edilib, Toyuğun, çəkilir, çıxarılır, əlavə, turşusu, bişirilir, Budları, bişirəcəyiniz, formaya, tərəfinə, salınıb, keçirilir, maşından, bükülür, Kotlet, formasına, folqa, dəqiqə
BİZİ İZLƏYİN