• Sobada ətli-tərəvəzli badımcan resepti

Reseptin məlumatları Baxış sayı: 10 357

Tarix : 18-05-2017, 12:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Tərəvəz yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4


Tərkibi:
Badımcan (saplaqlı) – 2 ədəd
Can əti – 200 qr.
Soğan – 1 ədəd
Bolqar bibəri – 1 ədəd
Pomidor – 1 ədəd
Holland pendiri – 100 qr.
Sarımsaq – 1 diş
Zeytun yağı – 150 qr.
Şüyüd
Reyhan
Duz, istiot – zövqə görə

Sous üçün:
Pomidor – 2 ədəd
Kərə yağı – 20 qr.
Bibər pastası – 20 qr.
Su – 100 qr.
Duz, istiot – zövqə görə

Hazırlanması:
Sous: Sürtgəcdən keçirilmiş pomidor və bibər pastasının üzərinə su əlavə edilir, duz, istiot vurulur, kərə yağında bişirilir. İçi ovulmuş badımcan yağda qızardılır, soyudulur. Quşbaşı doğranmış əti xırda doğranmış soğan, badımcan içi, sarımsaq və göyərtilə yağda qovurun. Üzərinə duz, istiot da əlavə edin. İçliyi badımcan üzərinə yığıb sürtgəcdən keçirilmiş holland pendirini də əlavə edin və 180 dərəcə isidilmiş sobada pendir əriyənə qədər bişirin. Ətli-tərəvəzli badımcanı servis edərkən sousun üzərinə qoyun.

Nuş olsun!
Etiketlər: istiot, üzərinə, əlavə, badımcan, zövqə, yağda, doğranmış, keçirilmiş, Pomidor, İçliyi, yığıb, sürtgəcdən, holland, qovurun, soğan, xırda, sarımsaq, göyərtilə, pendirini, Üzərinə
BİZİ İZLƏYİN