• Şabalıdlı şnitsel resepti

Reseptin məlumatları Baxış sayı: 4 491

Tarix : 18-05-2017, 17:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 2-4


Tərkibi:
Toyuq filesi – 600 qr.
Suxarı – 100 qr.
Yumurta – 2 ədəd
Bitki yağı
Duz, istiot

İçlik üçün:
Bolqar bibəri – 2 ədəd
Şabalıd – 150 qr.
Tərxun – yarım dəstə
Reyhan – yarım dəstə
Keşniş – yarım dəstə
Duz, istiot

Hazırlanması:
File mətbəx çəkici ilə döyülür, duz, istiot vurulur. İçliyin hazırlanması: Şabalıdın qabığı çərtilir, suda bişirilib təmizlənir. Şabalıd, doğranmış göyərti və bibər blenderdən keçirilir, duz, istiot vurulur, qarışdırılır. Filenin üzərinə içlik qoyulur və digər file parçası ilə örtülür. Yumurta çırpılır. Şnitsel əvvəlcə yumurtaya, sonra isə suxarıya batırılır və bitki yağında qızardılır.

Nuş olsun!
Etiketlər: istiot, yarım, dəstə, Şabalıd, Yumurta, vurulur, qoyulur, digər, parçası, üzərinə, keçirilir, blenderdən, qarışdırılır, Filenin, örtülür, içlik, əvvəlcə, batırılır, bitki, yağında
BİZİ İZLƏYİN