• Tərəvəzli balıq resepti

Reseptin məlumatları Baxış sayı: 5 238

Tarix : 20-05-2017, 14:00

Bölmə : Quru yeməklər / Balıq yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4


Tərkibi:
Kərə yağı – 1 x.q.
Ağ ətli balıq – 4 ədəd
Çörək – 2 dilim
Sürtgəcdən keçirilmiş holland pendiri – 50 qr.
Xardal – 1 x.q.
Kök – 2 ədəd
Kartof – 4 ədəd
Bibər – 1 ədəd
Duz, istiot

Hazırlanması:
Balıqları təmizləyib yuyun. Suyunu süzüb üzərlərinə duz, istiot səpin. 5-10 dəqiqə marina edin. Balıqların hər iki tərəflərinə kərə yağı çəkib alimunium kağıza bükün. Orta dərəcəli sobada 8-10 dəqiqə bişirin. Çörəyin içini ovub alimunium folyaya səpin, sobada qızardın. Sobadan götürün çörəkləri pendir və xardalla qarışdırın. Balıqları soba qabına düzün, hazır olan çörəkli qarışımı balıqların üzərinə yayın. Yenə orta dərəcəli sobada 8-10 dəqiqə bişirin. Kök və kartofları təmizləyin, kök və bibəri uzun, kartofu isə iki yerə bölərək doğrayın. Hamısını duzlu suda 10 dəqiqə bişirin. Balıqları sobdan çıxarıb servis qabına qoyun, tərəvəzlərlə birlikdə servis edin.

Nuş olsun!
Etiketlər: dəqiqə, Balıqları, bişirin, sobada, istiot, alimunium, səpin, dərəcəli, servis, qabına, balıqların, xardalla, pendir, qarışımı, çörəkli, üzərinə, hazır, düzün, qarışdırın, kartofları
BİZİ İZLƏYİN