• Balıq qovurması resepti

Reseptin məlumatları Baxış sayı: 5 610

Tarix : 20-05-2017, 20:00

Bölmə : Quru yeməklər / Balıq yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4


Tərkibi:
Bölgə balığı – 500 qr.
Qırmızı baş soğan – 3-4 ədəd
Şabalıd – 150 qr.
Kərə yağı – 4 x.q.
Bitki yağı – 3 x.q.
Nar dənələri – 200 qr.
Duz, istiot

Hazırlanması:
Balıq təmizlənir, yuyulur, tikələrə bölünür, duzlanıb, istiotlanıb kərə və bitki yağının qarışığında qızardılır, boşqaba yığılır. Şabalıd çərtilir, duzlu suda pörtlədilir, qabıqdan təmizlənir. Şabalıd və qabığı soyulmuş soğan balıq qızardılmış tavada qovrulur, üzərinə nar dənələri, duz və istiot əlavə edilir. Qovrulan ərzaqların üzərinə balıq əlavə edilir, 10 dəqiqə dəmə qoyulur və servis edilir.

Nuş olsun!
Etiketlər: edilir, Şabalıd, balıq, əlavə, üzərinə, təmizlənir, istiot, soğan, dənələri, qızardılmış, pörtlədilir, qabıqdan, qabığı, soyulmuş, tavada, Qovrulan, qoyulur, servis, dəqiqə, ərzaqların
BİZİ İZLƏYİN