• Ramazan kababı resepti

Reseptin məlumatları Baxış sayı: 5 461

Tarix : 22-05-2017, 14:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Kabablar

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 4-6


Tərkibi:
Badımcan – 3 ədəd
Sivri bibər – 4-5 ədəd
Pomidor – 1 ədəd
Zeytun yağı

Ətli içlik üçün:
Zeytun yağı – 3 x.q.
Dana əti quşbaşı doğranmış – 300 qr.
Arpacıq soğan – 10-15 ədəd
Su – 1 st.
Duz
İstiot
Qaynadılmış quru lobya – yarım stəkan

Sous üçün:
Tomat – 1 x.q.
Bibər pastası – 1 ç.q.
Su – 1.5 st.

Hazırlanması:
Badımcanları yarım soyun, dörd yerə bölün və bunları də uzunsov şəklində 2-3 yerə bölün. Kağız salfetin üzərinə sərin, duzlayın və acısını çıxardın. Bibərləri iki yerə bölün, tumlarını təmizləyin. Pomidoru isə dörd yerə ayırın. Badımcan və bibərləri rəng alana qədər qızardın. Bir tavada isə ətləri bişirin. Amma tam bişməsin. Soğanı soyun, yuyun, ədviyyatları və suyu da əlavə edin, ətlər bişənə qədər bişirin. Lobyanı da əlavə edib qarışdırın. Bir şüşə soba qabının kənarlarına qızartdığınız bibər və badımcanları yığın, içlik əti isə qabın ortasına qoyun, badımcan və bibərlərin arasına isə doğradığınız pomidorları yığın. Bir kasada pastaları və suyu qarışdırın. Qabın içinə tökün, üzərini isə yağlı kağız və folqa ilə bağlayın. 180 dərəcə əvvəlcədən isidilmiş sobada 20 dəqiqə bişirin. Üzərini daha sonra açın və 5-10 dəqiqə də bu şəkildə bişirin.

Nuş olsun!
Etiketlər: bişirin, bölün, qarışdırın, Badımcan, yığın, soyun, yarım, qədər, bibər, Zeytun, içlik, dəqiqə, əlavə, qabın, qoyun, bibərlərin, badımcan, ortasına, qızartdığınız, Lobyanı
BİZİ İZLƏYİN