• Toyuq flor resepti

Reseptin məlumatları Baxış sayı: 4 856

Tarix : 24-05-2017, 20:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri / Tərəvəz yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4


Tərkibi:
Toyuq filesi – 200 qr
Göbələk – 100 qr
Baş soğan – 1 ədəd
Pomidor – 2 ədəd
Holland pendiri – 2 ədəd
Qoz ləpəsi – 30 qr
Rəngli bibərlər – hərəsindən yarım ədəd
Bitki yağı – 100 qr
Duz, istiot – zövqə görə

Hazırlanması:
Toyuq filesi streç arasında bir qədər döyəclənir, duzlanıb, istiotlanır. Pomidor, göbələk, soğan halqavari, bibərlər samanvari doğranır. Holland pendirir sürtgəcdən keçirilir, qoz ləpəsi üyüdülür. Göbələk və soğan yağda qovrulur, üzərinə duz, istiot səpilib qarışdırılır və kənara qoyulur. Toyuq filesi, pomidor və bibərlər ayrı-ayrılıqda yağda qızardılır. Toyuq “flor” bu qayda ilə servis qabına düzülür: toyuq filesi, pomidor, göbələk-soğan qarışımı, qoz ləpəsi.

Nuş olsun!
Etiketlər: Toyuq, soğan, filesi, bibərlər, ləpəsi, pomidor, göbələk, yağda, istiot, Pomidor, Göbələk, Holland, kənara, qarışdırılır, səpilib, qovrulur, üzərinə, qoyulur, qarışımı, servis
BİZİ İZLƏYİN