• Manqo sousunda toyuq resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 13 989

Tarix : 17-08-2014, 18:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
4 toyuğun döş əti
3/4 st. doğranmış qırmızı soğan
1 ədəd təzə, yetişmiş manqo
1 x.q. bitki yağı
1 st. portağal şirəsi
1 x.q. nişasta
1 x.q. su
duz
istiot

Hazırlanması:
Toyuğun döş ətini duzlayıb-istiotlayın. Tavanı qızdırın, bitki yağı əlavə edib hər iki üzünü qızardın.
Manqo sousunda toyuq resepti - FOTO RESEPT


Qırmızı soğan əlavə edib bir neçə dəqiqə qovurun.
Manqo sousunda toyuq resepti - FOTO RESEPT


Manqo çox yetişibsə, blenderdə çəkin (dənəsini çıxarmaqla), yaxud da xırda doğrayın.
Manqo sousunda toyuq resepti - FOTO RESEPT


Toyuğun döş ətinə portağal şirəsi əlavə edin. qaynara düşəndə manqo əlavə edib qarışdırın. Ocağı azaldıb bir neçə dəqiqə bişirin.
Manqo sousunda toyuq resepti - FOTO RESEPT


Nişastanı su ilə qarışdırın, tavaya əlavə edin. Sous qatılaşanda ocaqdan götürün.
Manqo sousunda toyuq resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: əlavə, portağal, şirəsi, Toyuğun, bitki, qarışdırın, dəqiqə, manqo, soğan, ətinə, qaynara, düşəndə, doğrayın, yaxud, çıxarmaqla, toyuğun, xırda, azaldıb, ocaqdan, götürün
BİZİ İZLƏYİN