Tərkibi:*1kq 200 qram – toyuq əti;
*2 ovuc – kişmiş;
*10 ədəd – quru qaysı;
*10 ədəd – quru qara gavalı;
*1 ədəd – alma.
Marinadin üçün:narşərab – 2xörək qaşıqı;
yarım limonun şirəsi;
duz – 1 çay qaşıqı;
üyüdülmüş *istiot – ¼ çayqaşıqı;
sarımsaq əzəndən keçirilmiş *sarımsaq – 2-3 diş.
Hazırlanması:Toyuğu təmizəyib, yuyuruq. Üzərinə hazırlanmış marinadı çəkib, bir saata kənaraqoyuruq (mütləq deyil). Qurudulmuş meyvələri və almanı yuyub quruduruq. Almanı 8dilimə bölürük. Toyuğun içini qurudulmuş meyvələr və 3-4 alma dilimi ilə doldururuq.
Toyuğun dərisini qarın nahiyəsində diş çöpü ilə birləşdiririk, folqaya yerləşdirib,yanina qalan alma dilimlərini qoyuruq. Folqaya bükülmüş toyuğu dəmir tavaya yerləşdirib,200 dərəcəyə kimi qızdırılmış sobaya 1 saata bişməyə qoyuruq.
Əgər siz yeməkdə şirənin olmasını xoşlamırsınız,onda tam hazır olmasına 10-15 dəqqiqə qalmış toyuğu sobadan çıxardıb,folqanı açın. Sonra yenidən toyuğu sobaya göndərib tam qızarana kimi gözləyin.
Nuş olsun!
Etiketlər: toyuğu, qaşıqı, yerləşdirib, qoyuruq, Toyuğun, sobaya, saata, sarımsaq, Folqaya, dəmir, tavaya, bükülmüş, qalan, nahiyəsində, qarın, dərisini, birləşdiririk, folqaya, dərəcəyə, yanina