• Tomat marinadında toyuq resepti

Reseptin məlumatları Baxış sayı: 4 491

Tarix : 27-05-2017, 20:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4


Tərkibi:
*8-10 hissəyə bölünmüş toyuq;
*Üzərinə səpmək üçün küncüt;

Marinad üçün:
*50 qram tomat pastası;
*30 ml su;
*2 xörək qaşığı qəhvəyi şəkər;
*2 xörək qaşığı sirkə;
*2 diş əzilmiş sarımsaq;
*1/2 çay qaşığı dəniz duzu;
*Üyüdülmüş qara istiot zövgə görə.

Hazırlanması:
Marinadı hazırlayıb toyuğun üzərinə əlavə etmək. Bir neçə saata və ya bir gecəyə kənara qoymaq lazımdır, amma vaxt yoxdursa, dərhal da hazırlamaq olar.

Toyuğu şüşə formaya yerləşdirib əvvəlcədən qızdırılmış sobaya 200 dərəcədə yarım saat hazırlamaq lazımdır, sonra dərəcəni 190 dərəcəyədək azaltmaq və daha yarım saat bişirmək lazımdır.

Prosesin sonuna 10-15 dəqiqə qalmış kücütü üzərinə səpmək.

Nuş olsun!
Etiketlər: qaşığı, lazımdır, xörək, yarım, üzərinə, hazırlamaq, səpmək, əvvəlcədən, qoymaq, qızdırılmış, yerləşdirib, yoxdursa, sobaya, Toyuğu, dərhal, formaya, sonra, sonuna, dəqiqə, qalmış
BİZİ İZLƏYİN