• Pörtlədilmiş kələm ilə toyuq resepti

Reseptin məlumatları Baxış sayı: 4 472

Tarix : 28-05-2017, 16:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4


Tərkibi:
*1 toyuğun döş əti;
*200 qram kələm və ya başqa tərəvəz;
*2 bolqar bibər;
*3 pomidor;
*200 qram gül kələmi;
*Göyərti – yarım dəstə keşniş, yarım dəstə şüyüd və yaşıl soğan;
*Zirə – yarım çay qaşığı;
*1 xörək qaşığı zeytun yağı;
*Dəniz duzu zövgə görə.

Hazırlanması:
Toyuğun döş ətini hazır olana kimi qaynatmaq, gül kələmini 3 dəqiqə ərzində duzlu suda bişirmək və çiçəklərə ayırmaq, kələmi uzunsov formada doğramaq, tavaya boşaltmaq, 2-3 xörək qaşığı su və 1 xörək qaşığı zeytun yağı əlavə etmək, qapağını örtüb az istidə bütün su qaynayıb azalana qədər bişirmək lazımdır, sonra bolqar bibərini, sürtkəcdən keçirilmiş pomidorları (pomidorları sadəcə doğramaqda olar), zirəni, qaynadılmış gül kələmini əlavə edirik, qapağını örtürük və 5 dəqiqə buğda bişiririk, bu vaxt ərzinə toyuğu dilim dilim, göyərtini doğrayırıq, əlavə edirik, qapağı örtürük, gözləyirik və alovu söndürürük.
Qarnir kimi düyü və ya qarabaşaq vermək olar.

İstəsəniz, toyuq bulyonu əlavə etmək olar, bu zaman yemək daha çox sousa bənzəyəcək.

Nuş olsun!
Etiketlər: qaşığı, əlavə, yarım, xörək, kələmini, zeytun, dəqiqə, bişirmək, edirik, pomidorları, etmək, dilim, örtürük, qapağını, dəstə, bolqar, kələmi, buğda, bişiririk, toyuğu
BİZİ İZLƏYİN