• Kısır resepti

Reseptin məlumatları Baxış sayı: 10 865

Tarix : 27-05-2017, 14:00

Bölmə : Quru yeməklər / Qəlyanaltılar

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 st incə bulqur
1 st qaynar su
1 ədəd bibər
1 ədəd pomidor
1 ədəd təzə və ya duzlu xiyar
1 ədəd baş soğan və ya bir dəstə göy soğan
½ dəstə cəfəri
½ limon suyu və ya bir qaşıq narşərab
2 x/q zeytun yağı
1 x/q bibər pastası
1 x/q tomat pastası
Duz

Hazırlanması:
Birinci variant
Bulquru yuyun üzərinə qaynar su töküb qabın ağzını örtün. 30 deq şişməsi üçün kənara qoyun. Bu zaman ərzində qalan ərzaqları doğrayın , bulqur şişib soyuduqdan sonra doğradığınız ərzaqları əlavə edib qarışdırın.

İkinci variant
Soğanı yağda qızardın, tomat və bibər pastası əlavə edin. Bişdikdən sonra odun üzərindən götürün ,qaynar su və yuyulmuş bulquru əlavə edin. Üstünü örtüb 30 deq şişməsi üçün kənara qoyun. Bu zaman ərzində qalan ərzaqları doğrayın , bulqur şişib soyuduqdan sonra doğradığınız ərzaqları əlavə edib qarışdırın. Limon suyu və ya narşərab əlavə etməyi unutmayın və kahiyla birlikdə servis edin.

Nuş olsun!
Etiketlər: əlavə, ərzaqları, bulqur, sonra, bibər, pastası, kənara, şişməsi, ərzində, qoyun, doğrayın, doğradığınız, qarışdırın, soyuduqdan, şişib, variant, qalan, zaman, tomat, kisir
BİZİ İZLƏYİN