• Roma kroketləri - Suppli resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 14 027

Tarix : 23-03-2016, 17:00

Bölmə : Quru yeməklər / Tərəvəz yeməkləri / Foto reseptlər

Mətbəx : İtalyan mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Supplini çox vaxt siciliya arançinisi ilə qarışdırırlar. Düzdür, onlar oxşayır - hər ikisi, belə desək, düyü toplarıdır. Amma hazırlanma texnologiyası, dadı və tərkibi fərqlidir. Hazırda supplini bir çox pizzeriyalarda çərəz kimi verirlər.
Əsl supplinin tərkibində toyuq ciyəri və ürəyi də var. Amma vegetarian variantı da dadlıdır.

Tərkibi (15 ədəd):
350 q yumru düyü
200 q tomat sousu
1 baş soğan
2 x.q. zeytun yağı
1 l bulyon
150 q motsarella
20 q kərə yağı
1 ovuc sürtgəcdən keçirilmiş parmezan
1 neçə reyhan yarpağı
duz
istiot
narın suxarı
2 yumurta
qızartmaq üçün yağ

Hazırlanması:
Soğanı xırda doğrayıb zeytun yağında qızardın. Düyü əlavə edib 1 dəqiqə qovurun, sonra tomat sousu əlavə edin, qarışdırın, bir qədər qaynar bulyon əlavə edin. Adi rizotto kimi, arada qarışdıra-qarışdıra bişirin. Bişəndən sonra düyü çox qatı olmalıdır.

Rizotto hazır olanda bir qədər yağ və parmezan pendiri əlavə edin, qarışdırın, reyhanı əlinizlə parçalayıb içinə atın, yenə qarışdırın. İri qaba çəkin ki, düyü tez soyusun.

Motsarellanı kubik doğrayıb suyunu çəkməsi üçün salfetin üstünə düzün.

Kroketləri hazırlamaq asan olsun deyə dondurma qaşığından istifadə edə bilərsiniz.

Düyüdən qaşığa yığın, ortasında çökək açın, bir kubik motsarella qoyun, bağlayın, oval forma verin.
Roma kroketləri - Suppli resepti - FOTO RESEPT


Bunları çalınmış yumurtaya salın, sonra isə narın suxarıya batırın.

Dərin qazanda qızdırılmış qaynar yağda orta itilikli odda təxminən 10 dəqiqə bişirin.
Roma kroketləri - Suppli resepti - FOTO RESEPT

Roma kroketləri - Suppli resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: əlavə, qarışdırın, sonra, parmezan, narın, motsarella, bulyon, sousu, zeytun, doğrayıb, dəqiqə, kubik, olsun, bişirin, qarışdıra, qaynar, tomat, qədər, üstünə, salfetin
BİZİ İZLƏYİN