• Arançini resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 17 215

Tarix : 19-08-2014, 14:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri / Foto reseptlər

Mətbəx : İtalyan mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Arançini 8-10 sm diametrli, adətən içi ətlə doldurulmuş, bəzən motsarella pendiri ilə hazırlanan, qızardılmış, yaxud sobada bişirilmiş düyü toplarıdır. Bunlar adətən yumru, yaxud konusvari formada hazırlanır. Balaca portağala oxşadığı üçün italyanlar ona "arançini" deyirlər.

Tərkibi:
300 q yumru düyü
100 q pendir
3 yumurta
0,5 ç.q. sarıkök
duz, istiot
200 q toyuq qiyməsi
2 x.q. tomat sousu
qızartmaq üçün bitki yağı

Hazırlanması:
Arançini resepti - FOTO RESEPT


Düyünü qazana yığın, üstünə 800 ml su tökün. Duz, sarıkök əlavə edib düyü hazır olanadək bişirin. Əgər su buxarlanıb, amma düyü bişməyibsə, ocaqdan götürün, qapağı bağlı vəziyyətdə 10 dəqiqə saxlayın. Bu müddətdə bişəcək. Bir qədər soyudun (isti olsun).
Arançini resepti - FOTO RESEPT


Qiyməyə duz və zövqünüzə görə ədviyyat vurun. Pendiri xırda kubik doğrayın.
Tavaya azca yağ tökün, qiyməni əlavə edin, qaşıqla əzə-əzə 5 dəqiqə qızardın ki, hər tərəfi qovrulsun. Duz, istiot, tomat pastası və 2 qaşıq su əlavə edin. Daha 5-10 dəqiqə, qiymə hazır olanadək bişirin.

Soyumuş düyüyə 1 yumurta əlavə edib qarışdırın. 2 yumurtanı isə klyar üçün çalın. Əlinizi isladın, düyüdən götürüb ovcunuzda yastılayın, ortasına qiymə və pendir qoyun.
Arançini resepti - FOTO RESEPT


Sonra bundan kürə düzəldin, narın suxarıya batırın, yumurtaya, sonra yenə suxarıya və yenə suxarıya salın. Kürələri hazırlayıb bitirdikdən sonra yağda qızardın.
Arançini resepti - FOTO RESEPT


Əgər kürələr yağa tam batmayıbsa, hər tərəfi bərabər qaydada qızarsın deyə çevirin.

Hazır arançiniləri kağız salfetin üstünə yığın ki, yağı çəkilsin.
Arançini resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: əlavə, dəqiqə, suxarıya, tomat, üstünə, yumru, sonra, yumurta, sarıkök, qiymə, istiot, bişirin, qızardın, tərəfi, tökün, yığın, hazır, olanadək, pendir
BİZİ İZLƏYİN