• Evdə hamburger resepti

Reseptin məlumatları Baxış sayı: 52 719

Tarix : 23-05-2017, 22:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Qəlyanaltılar / Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
500 qr un
150 qr süd
50 qr su
1 paket yaş maya
1 desert qaşığı duz
2 çay qaşığı şəkər tozu
50 qr zeytun yağı
1 ədəd yumurta

Kotlet üçün:
600 qr dana döşü
1 baş soğan
1 diş sarımsaq
100 qr xardal
mayonez, ketçup, barbekü sousu
3 desert qaşığı bəhməz
50 qr çörək qırıntıları
1 yumurta
Duz, istiot

Servis üçün:
kahı yarpağı
kornişon turşu
pomidor
soğan

Hazırlanması:
İşə birinci növbədə çörək bişirməklə başlayın. Un, duz və şəkəri bir qabda qarışdırın. Daha sonra su, yumurta, zeytun yağı və südü bura əlavə edib qarışdırın. Yaş mayanı bir miqdar suda həll etdikdən sonra bura qatın və yumşaq xəmir halı alana qədər yoğurun. 1 saat ərzində otaq istiliyində mayalanmaya buraxın.

Daha sonra hamburger kotletini hazırlamağa başlayın. Qıymanı bir qaba qoyun. İncə-incə doğradığınız (əgər istəsəniz rondodan da keçirə bilərsiniz) soğan və sarımsaqları qıymanın içinə qatın. Qalan bütün vəsaitləri də qarışdırdıqdan sonra ət özünü tutana qədər yoğurun.

Mayalanan xəmiri istədiyiniz ölçülərdə yumru formada şəkilləndirin və sobada bişirin. Kotletləri isə tavada yağda bişirin. Hazır olan çörəkləri bölün, arasına kotletləri qoyun. İçinə istədiyiniz kimi pomidor, kahı, soğan və ya kornişon turşu qoyub hamburgeri servis edə bilərsiniz.

Nuş olsun!
Etiketlər: sonra, soğan, yumurta, qaşığı, turşu, kornişon, bişirin, qədər, pomidor, başlayın, istədiyiniz, qarışdırın, yoğurun, qatın, çörək, bilərsiniz, zeytun, qoyun, desert, keçirə
BİZİ İZLƏYİN