• Badımcanlı gül börəyi resepti

Reseptin məlumatları Baxış sayı: 17 051

Tarix : 18-08-2014, 23:00

Bölmə : Quru yeməklər / Börəklər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : 6-8


Tərkibi:
3 yuxa (hazır xəmir)
3 badımcan
1 limonun suyu
100 q holland pendiri
2 x.q. kərə yağı
2 x.q. un
2 su st. süd
duz
qara istiot

Sous:
1 yumurta
1 su st. süd

Hazırlanması:
Badımcanları yuyun, qurulayın, közləyin. İçini çıxarıb limon şirəsində saxlayın.

Bir qazanda kərə yağıyla unu qovurun. Daim qarışdıraraq üzərinə süd tökün. Qatılaşanadək bişirin.

Limonlu suda saxladığınız badımcan içini süzün. Duz, qara istiot, sürtgəcdən keçirilmiş pendirlə birlikdə unlu südə əlavə edin.

Yuxaları iri üçbucaq şəklində kəsin. Hər birinin geniş kənarına iç qoyub borucuq kimi bükün. Bir ucundan başlayaraq spiral kimi büküb gül şəkli verin.

Yağlanmış siniyə düzün. 1 yumurta ilə 1 st. südü çalın, börəklərin üzərinə bolluca çəkin (artıq qalmasın). 190 dərəcə qızdırılmış sobada üstü qızaranadək bişirin. Hazır olandan 5 dəqiqə öncə çıxarıb, üzərinə sürtgəcdən keçirilmiş pendir səpib yenidən sobada qızarıncayadək bişirə bilərsiniz.

Nuş olsun!
Etiketlər: üzərinə, yumurta, sürtgəcdən, sobada, çıxarıb, bişirin, keçirilmiş, istiot, badımcan, kənarına, qoyub, Yağlanmış, geniş, düzün, verin, siniyə, borucuq, çalın, ucundan, bükün
BİZİ İZLƏYİN