• Adana mantısı resepti

Reseptin məlumatları Baxış sayı: 14 955

Tarix : 19-08-2014, 05:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Xəmir işləri

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Xəmir:

1 kq un
1 yumurta
1st. su
duz

İç:
500 q qiymə
1 ədəd orta boy soğan
duz, istiot, pulbibər

Qızartmaq üçün:
zeytun yağı

Üzərinə:
2 st. ət suyu
1 st. suda qaynadılmış noxud
500 q qatıq
1 qəhvə fincanı zeytun yağı
1 ç.q. pulbibər
1 ç.q. nanə qurusu

Hazırlanması:
Un, duz, yumurta və sudan xəmir yoğurun. 10 dəqiqə saxlayın.

Qiyməni xırda doğranmış soğan, qara istiot, pulbibər və duzla qarışdırın.

Xəmiri kündələyin. 1-2 mm qalınlıqda yayın. Tərəfi 2 sm kvadratlara bölüb üzərinə iç qoyun. Əvvəlcə qarşı küncləri birləşdirin, sonra gül kimi bir-birinə yapışdırın (ortasında qiymə görünsün). Zeytun yağında qızardıb siniyə düzün. Üzərinə ət suyu və qaynadılmış noxud əlavə edin. 180 dərəcə qızdırılmış sobada 10 dəqiqə bişirin. Azca duz vurduğunuz qatığı üzərinə tökün. Zeytun yağında nanə qurusu ilə pulbibəri qovurub üzərinə gəzdirin.

Nuş olsun!
Etiketlər: üzərinə, pulbibər, qaynadılmış, noxud, Zeytun, dəqiqə, yağında, qurusu, istiot, zeytun, xəmir, soğan, qiymə, yumurta, qızardıb, düzün, küncləri, siniyə, birləşdirin, görünsün
BİZİ İZLƏYİN