• Toyuqla doldurulmuş boranı resepti

Reseptin məlumatları Baxış sayı: 22 388

Tarix : 19-08-2014, 23:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
3 ədəd akorn boranısı (uzunsov, balaca)
3 toyuq döşü
1 pomidor
1 baş soğan
3 diş sarımsaq
göyərti
duz
qara təzə üyüdülmüş istiot
1 ç.q. sarıkök

Hazırlanması:
Soğanı və sarımsağı xırda doğrayın. Blenderdə toyuq ətini azca xırdalayın (yəni çox balaca olmasın. Qiymə istəsəniz, ət maşınından keçirin).

Soğanı xırda doğrayıb 1 x.q. yağ və 3 x.q. su ilə bişirin. Bu müddətdə pomidoru soyub kubik doğrayın.

Boranının "qapağını" səliqə ilə kəsin. Toxumlarını çıxarın, içini çıxarıb kubik doğrayın (divarları zədələnməsin).

Toyuq ətini taxta qaşıqla əzə-əzə 5 dəqiqə bişirin, suyunu çox çəkməməlidir. Boranını əlavə edin, tavanın qapağını örtüb daha 10 dəqiqə bişirin. Əgər suyu sizə az gəlirsə, toyuq və ya tərəvəz bulyonu əlavə edin.

Pomidorları əlavə edin, yaxşıca qarışdırın, qapağını bağlayıb daha 10 dəqiqə bişirin. Duz, istiot, bişmiş soğan əlavə edin. Suyunu çox çəkməsinə imkan verməyin.

Toyuğa doğranmış göyərti və sarımsaq əlavə edin. Boranının içini bununla doldurun. Üstunə zeytun yağı çəkin. 180 dərəcə qızdırılmış sobada 30-40 dəqiqə bişirin. (Boranının "qapağını" da yanına, siniyə qoyun).

Sobadan çıxarmazdan 5 dəqiqə əvvəl üstünə parmezan səpə bilərsiniz.

Süfrəyə verərkən "qapağı"nı boranının ağzına qoyun. Üç kiçik boranı əvəzinə bir iri boranı da istifadə edə bilərsiniz.

Nuş olsun!

Toyuqla doldurulmuş boranı resepti

Toyuqla doldurulmuş boranı resepti

Toyuqla doldurulmuş boranı resepti

Etiketlər: dəqiqə, bişirin, əlavə, qapağını, toyuq, doğrayın, Boranının, göyərti, sarımsaq, soğan, istiot, Soğanı, içini, xırda, kubik, qoyun, ətini, bilərsiniz, boranının, boranı
BİZİ İZLƏYİN