• Armud kotleti resepti

Reseptin məlumatları Baxış sayı: 14 979

Tarix : 20-08-2014, 06:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi (8 ədəd):
8 ədəd kiçik badımcan
1 ədəd toyuq döşü
1 ədəd bişmiş kartof
2 dilim boyat çörək
1 yumurta
duz
istiot
4 pomidor
2 x.q. kərə yağı

Hazırlanması:
Badımcanların saplağını kəsmədən qabığını soyub duzlu suya qoyun. Bir qədər sonra suyunu sıxıb qaynar yağda qovurun.

Toyuğun döş ətini blenderdə xırdalayın. Suda bişmiş kartofu sürtgəcdən keçirin. Çörək içini suda isladın, sıxın. Yumurta, duz, istiot da əlavə edib hamısını yoğurun.

Alınan qarışığı 8 hissəyə bölün. Hər hissəni kündələyin, əlinizdə yastılayın. Badımcanı içinə qoyun, saplağı bayırda qalmaq şərtilə bükün. Bol, qaynar yağda qızardın.

Pomidorları sürtgəcdən keçirin (ya da blenderdə xırdalayın), kərə yağı ilə suyu çəkilənə qədər bişirin. Siniyə pomidor sousunu yayın. "Armud" kotletləri üstünə düzün, 200 dərəcə qızdırılmış sobada 15 dəqiqə bişirin.

Süfrəyə isti-isti verin.

Nuş olsun!
Etiketlər: pomidor, istiot, blenderdə, bişirin, yağda, qədər, qoyun, qaynar, sürtgəcdən, xırdalayın, keçirin, bişmiş, hissəni, qalmaq, bölün, hissəyə, bayırda, qarışığı, saplağı, şərtilə
BİZİ İZLƏYİN