• Toyuq ruleti resepti

Reseptin məlumatları Baxış sayı: 3 876

Tarix : 11-06-2017, 17:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : 4-6


Tərkibi:
2 ədəd toyuq filesi
10 dilim kolbasa
5 ədəd xiyar turşusu
1 ədəd yumurta
1 kasa qarğıdalı lopası
1 çay qaşığı istiot
zövqə görə duz

Hazırlanması:
Toyuq filelərini duz və istiotla qarışdırın. Hər bir filenin ortasına kolbasa və doğranmış xiyar turşusu qoyub rulet formasında möhkəmcə bükün. Bir qabda yumurtanı çalın. Rulet kimi bükdüyünüz toyuq filesini əvvəlcə yumurtaya, sonra isə qarğıdalı lopasına batırıb, yaxşıca qızdırılmış yağda nar kimi olana qədər qızardın. Hazır olduqdan sonra dilimləyib süfrəyə verin.

Nuş olsun!
Etiketlər: turşusu, qarğıdalı, sonra, xiyar, toyuq, kolbasa, Rulet, lopasına, batırıb, yumurtaya, əvvəlcə, yaxşıca, bükdüyünüz, filesini, olana, olduqdan, dilimləyib, süfrəyə, verin, Hazır
BİZİ İZLƏYİN