• Süfrələrin şahı olan “Şah plov” resepti

Reseptin məlumatları Baxış sayı: 4 691

Tarix : 12-06-2017, 21:00

Bölmə : Quru yeməklər / Aş - Plov

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 6-8


Bayramlarda demək olar ki, hamı plovun hansısa bir növünü bişirir. Biz sizə yeni il süfrənizdə həm görünüşünə, həm də dadına görə özünəməxsus yer tutacaq bir plovun - Şah plovun hazırlanma qaydasını təqdim edirik.

Tərkibi:
500 qram qoyun əti
800 qram düyü
100 qram kişmiş
100 qram qaysı
500 qram təmizlənmiş şabalıd
100 qram albuxara
3-4 orta boy soğan
300 qram kərə yağı
limon duzuduz,
istiot,zəfəran və ya sarıkök

Qazmağı üçün:
2st un50 qram kərə yağı
2 yumurta
1 xörək qaşığı xamaduz

Hazırlanması:
Əvvəlcə düyünü limonlu və duzlu suda isladırıq, əti isə balaca-balaca doğrayıb qaynadırıq. Ət bişdikdən sonra soğanı doğrayıb yağda qovururuq. Soğanlar bir az qızarandan sonra üzərinə bişmiş ətləri əlavə edib, limon duzu,istiot, duz, zəfəran və ya sarıkökünü töküb birlikdə qovururuq. Digər tərəfdə balaca bir tavaya azca yağ töküb albuxara, kişmiş, qaysı əlavə edib qovururuq. Qazmağın hazırlanması:Un ilə yağı ovub, üstünə yumurta, xama və duzu əlavə edib yumşaq bir xəmir yoğururuq. Bu xəmiri biri balaca biri böyük olmaqla iki hissəyə bölürük. Böyük kündəni yuxadan biraz qalın olmaq şərti ilə yayırıq.Düyünü bişirmək üçün böyük bir qazana su töküb qaynamağa qoyuruq. Qaynayana yaxın duz əlavə edib, islatdığımız düyünün suyunu süzüb qazana tökürük. Düyü biraz bişdikdən sonra süzürük. Sobaya yerləşəcək bir qazan götürüb dibini yağlayırıq, açdığımız böyük yuxanı qazana divarlarını da tutacaq şəkildə yerləşdiririk. Sonra süzdüyümüz düyünün yarısını bu yuxanın üzərinə tökürük. Duz, istiot, sarıkök və ya suda isladılmış zəfəranı səpib şabalıdı əlavə edirik. Sonra düyünün qalanını, onun üzərinə isə hazırladığımız qaranı və yenə duz, istiot, sarıkökü tökürük. Ən üst qata isə yenə düyü tökürük, daha sonra da balaca kündəni yayıb üstünü örtürük və qıraqlarını bərkidirik. Qazanın ağzını ya dəmir qapaqla ya da folyo kağızı ilə örtürük. Əvvəlcədən qızdırılmış sobada 180-200 dərəcədə dəm almağa qoyuruq. Hər tərəfi qızardıqdan sonra sobadan çıxardırıq. İstəsəniz bütöv şəkildə və ya doğrayaraq süfrəyə verə bilərsiniz. Budur şah plovunuz hazırdır.

Qeyd: Qazmağı istəsəniz hazır lavaşla da edə bilərsiniz. Bunun üçün 4-5 lavaş lazım olur.

Nuş olsun!
Etiketlər: balaca, əlavə, sonra, tökürük, istiot, düyünün, böyük, qovururuq, qazana, töküb, plovun, üzərinə, yumurta, zəfəran, Qazmağı, şəkildə, doğrayıb, örtürük, biraz, bişdikdən
BİZİ İZLƏYİN