• Qat-qat xəmirli kababı resepti

Reseptin məlumatları Baxış sayı: 2 852

Tarix : 15-06-2017, 19:00

Bölmə : Quru yeməklər / Kabablar

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
500 qr qiymə,
500 qr mayasız qat-qat xəmir,
3 x.q. soya sousu,
Qara istiot,
1 baş soğan,
2 diş sarımsaq,
Göyərti,
Kahı.

Hazırlanması:
Soğanı sürtgəcdən keçirin (ət maşınından da çəkə bilərsiniz), qiyməyə qatın. Soya sousu, istiot, sarımsaq əlavə edin, duz vurarkən soya sousunun duzlu olduğunu nəzərə alın. Qiyməni yaxşıca qarışdırıb 30 dəqiqə soyuducuda saxlayın.
Sonra qiymədən küftələr düzəldin (1 şiş üçün 4 küftə, birinin çəkisi 25 qr olmaqla). Xəmiri düzbucaqlı yayın, küftələrin diametrindən bir qədər enli hissələrə doğrayın.
Şişləri əvvəlcədən suda 2 dəqiqə isladın. Sonra aralarına xəmir keçirməklə küftələri şişə çəkin. Yağlanmış siniyə düzüb 180 dərəcə qızdırılmış sobada təxminən 30-40 dəqiqə bişirin.
Boşqaba kahı yarpaqları düzün, kababları üstünə qoyun.

Nuş olsun!
Etiketlər: dəqiqə, Sonra, sarımsaq, istiot, sousu, xəmir, əvvəlcədən, Şişləri, aralarına, keçirməklə, isladın, qədər, yayın, düzbucaqlı, küftələrin, diametrindən, hissələrə, küftələri, doğrayın, siniyə
BİZİ İZLƏYİN