• Ləziz Çin yeməyi resepti

Reseptin məlumatları Baxış sayı: 3 789

Tarix : 16-06-2017, 19:00

Bölmə : Quru yeməklər / Qəlyanaltılar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 ədəd lavaş,
1 ədəd soğan,
2 ədəd bişmiş kök,
İki böyük yarpaq ağ kələm,
Bişmiş toyuq əti,
4 yemək qaşığı soya sousu,
1 yemək qaşığı zeytun yağı,
1 yumurtanın ağı,
Duz, istiot.

Qızartmaq üçün:
1 yumurta,
1 stəkan suxarı,
Bitki yağı.

Hazırlanması:
Soğan, kök və kələmi kiçik-kiçik doğrayıb, zeytun yağında qovurun. Toyuq əti, soya sousu və istiot əlavə edib, qarışdırın. Bir az da bişirin. Qazanı qazın üzərindən götürüb, içindəkilərin soyumasını gözləyin. Lavaşdan iri üçbucaqlar kəsin. Hazırladığınız içliyi lavaşın içərisinə qoyaraq bükün. Ucuna yumurta ağı vurub yapışmasına kömək edin. Hazırladığınız lavaşları əvvəlcə yumurtaya, sonra suxarıya batırıb, yağda qızardın.

Nuş olsun!
Etiketlər: sousu, qaşığı, zeytun, istiot, Hazırladığınız, kiçik, yemək, yumurta, içliyi, qızardın, lavaşın, içərisinə, yağda, kəsin, üçbucaqlar, içindəkilərin, soyumasını, gözləyin, Lavaşdan, qoyaraq
BİZİ İZLƏYİN