• Sobada ədviyyatlı kartof resepti

Reseptin məlumatları Baxış sayı: 3 331

Tarix : 18-06-2017, 21:00

Bölmə : Quru yeməklər / Tərəvəz yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
3 ədəd böyük ölçüdə kartof,
4 xörək qaşığı zeytun yağı,
1 çay qaşığı cirə,
1 çay qaşığı qırmızı bibər,
1/2 çay qaşığı rəndələnmiş qoz,
1 xörək qaşığı rozmarin,
3 diş sarımsaq,
2 ədəd dəfnə yaprağı,
1 çay qaşığı duz,
1,5 çay qaşığı xardal.

Hazırlanması:
Sobanı 200 dərəcəyə qədər isidin. Kartofları yaxşıca yuyun və istəyinizdən aslı olaraq kub şəklində və ya alma dilimi kimi doğraya bilərsiniz. Daha sonra balaca bir kasanın içində zeytun yağını, döyülüş sarımsağı, xardal və ədviyyatları qarışdırın. Dilimlədiyiniz və ya kub şəklində doğradığınız kartofların üzərinə kasadakı qarışığı əlavə edin. Soba listinin içərisinə falqa sərib, üzərini bir az yağlayın və kartofları düzün. Ancaq elə düzün ki, heç biri o birinin üstündə olmasın. 30 dəqiqə sonra kartoflar bişmiş olacaq.

Nuş olsun!
Etiketlər: qaşığı, düzün, xardal, şəklində, zeytun, sonra, xörək, qarışdırın, ədviyyatları, əlavə, listinin, qarışığı, kasadakı, doğradığınız, içərisinə, kartofların, üzərinə, Dilimlədiyiniz, yağlayın, dəqiqə
BİZİ İZLƏYİN