• Acılı toyuq qanadları resepti

Reseptin məlumatları Baxış sayı: 8 153

Tarix : 19-06-2017, 21:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri / Qəlyanaltılar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 kq toyuq qanadı,
1 stəkan duru yağ,
2 xörək qaşığı qatıq,
3 xörək qaşığı ədviyyat qarışığı,
1 xörək qaşığı bibər püresi,
500 qr dilimlənmiş kartof,
Duz.

Hazırlanması:
Bir stəkan yağ, 2 xörək qaşığı qatıq, 3 xörək qaşığı ədviyyat qarışığını və acı bibər püresini qarışdırın. Həmin bu qarışığı toyuq qanadlarına sürtüb, soyuducuda 2-3 saat gözlədin. Vaxt tamam olduqdan sonra qanadların hər iki tərəfini də qızardın. Digər tərəfdən də yapışmayan tavada kartofları qızardın. Bəzəyib, ikisini də süfrəyə verin.

Nuş olsun!
Etiketlər: xörək, qaşığı, bibər, qızardın, toyuq, qarışığı, ədviyyat, qatıq, stəkan, tərəfdən, Digər, qanadların, yapışmayan, tərəfini, ikisini, süfrəyə, verin, sonra, Bəzəyib, kartofları
BİZİ İZLƏYİN